• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb

Noyabrın 22-də təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xan ilə görüşüb.  

Görüşdə Azərbaycan və YUNİSEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.


6 il əvvəl