• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası I yeri qazanıb

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) taekvondo komandası Qəbələ Olimpiya İdman Kompleksində  keçirilən  “Qəbələ Open” beynəlxalq açıq birinciliyində I yeri qazanıb.  

5 ölkədən 500-dən çox  idmançının qatıldığı yarışda RUGİM-in taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə digər rəqib komandaları üstələyərək 6 qızıl, 6 gümüş, 3 bürünc olmaqla ümumilikdə15 medal əldə edib.

Yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan və eləcə də respublikanın regionlarında fəaliyyət göstərən  idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq  idmançı qatılıb.Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparıblar.

Üç gün davam edən yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması olub.

“Qəbələ Open” beynəlxalq açıq birinciliyi Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyi və "Qəbələ” idman klubunun təşkilati dəstəyi ilə keçirilib. 


6 il əvvəl