• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

#9noyabr həştəqi ilə minlərlə paylaşım edilib

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı və "ASAN Könüllüləri" Təşkilatının birgə təşəbbüsü ilə #9noyabr həştəqi ilə başladılan kampaniya “Twitter”də maraqla qarşılanıb.

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə başladılan sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.

Yüzlərlə insanın qoşulduğu kampaniyada #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşımlar 14.000-dən çox tvit ilə trendlərdə ilk sırada yer alıb. Kampaniya “Twitter”də minlərlə “retweet” və bəyənilmə, 400.000-dən çox baxış sayı əldə edib.

“BİR Könüllülər” və "ASAN Könüllüləri" böyük maraq göstərərək qoşulduqları kampaniya sayəsində minlərlə bayraq məzmunlu paylaşımlar edərək sosial şəbəkələrdə də əməkdaşlıq nümayiş etdiriblər.


6 il əvvəl