Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları təlimdə
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları alman mütəxəssislərinin təşkil etdiyi “Təlimçilərin təlimi”ndə iştirak ediblər.
Təlim Təhsil Nazirliyi yanında Peşə Təhsil üzrə Dövlət Agentliyinin Almaniyanın kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS” şirkəti ilə “Kənd təsərrüfatı Texnologiyası və İdarəetmə Təşəbbüsü - Azərbaycan” layihəsi çərçivəsində əldə etdiyi razılaşmaya əsasən keçirilib.
“Gilan Agriculture” portfelinə daxil olan "Gilan Aqrotek" şirkətində keçirilən təlimdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 3 əməkdaşı iştirak edib.
Layihənin məqsədi “CLAAS” markalı müasir kənd təsərrüfatı texnikasının texniki istismar qaydalarının və təmir texnologiyasının avadanlıq operatorlarına öyrədilməsi üçün təlimçilərinin təlimləndirilməsi, kənd təsərrüfatı texnikası, bitkiçilik və istehsal iqtisadiyyatı modulları üzrə iş yerində təlim təcrübəsinin tətbiqidir.
Təlim Peşə Təhsil üzrə Dövlət Agentliyi və “Gilan Agriculture” arasında cari ilin 25 oktyabrında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində həyata keçirilib.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55