• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb psixoloqları üçün seminar

“Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi çərçivəsində seminar keçirilib.

Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil edilmiş seminarın əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Seminarda paytaxtın bir sıra ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər.

Fərdi və qrup şəklində keçirilən seminar zamanı rusiyalı psixoloq Anna Antonovanın iştirakı ilə ilk olaraq, psixoloji xidmətin təşkili üçün sənədlər toplusunun – psixoloqun fəaliyyət planı, psixoloqun qeydiyyat jurnalı, şagirdlərin fərdi kartlarının (xəritəsinin) hazırlanması məsələləri müzakirə edilib. Psixoloqun fəaliyyət istiqamətlərinə aid olan I-IV və V-IX sinif şagirdləri ilə diaqnostika işinin aparılması, I sinif şagirdlərinin məktəbə adaptasiyası, şagirdlərlə inkişafetdirici işin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb.

Sonda xarici ekspert tərəfindən psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə müəyyən tapşırıqlar verilib.

Qeyd edək ki, “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” layihəsi Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.


6 il əvvəl