• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İnternat məktəbinə mediatur təşkil edilib

Noyabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinə mediatur təşkil edilib.

Əvvəlcə media nümayəndələri internat məktəbi ilə yaxından tanış olublar.

Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinin müdiri Həbib Kərimov media nümayəndələrinə məlumat verib ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi 1969-cu ildən fəaliyyət göstərir. İnternat məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbdə  24 sinif otağı, 8 fənn kabineti və  1 informatika otağı vardır.

Hazırda internat məktəbində  37 nəfəri qız, 103 nəfəri oğlan olmaqla 140  nəfər şagird təlim-tərbiyə alır. Onlardan  86 nəfər uşaq müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə  55 nəfər pedaqoji işçi məşğul olur.

İnternat məktəbində musiqi dərnəyi fəaliyyət göstərir.

2016-2017-ci tədris ilində məzunların sayı 15 nəfər olub.


6 il əvvəl