• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində Maltanın Valletta şəhərində “eTwinning”  illik seminarı keçirilib.

Seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində layihə əsaslı tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub.

Seminarda Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi Şirincan Məmmədova və Heydər Əliyev adına liseyin müəllimi Natavan Bədəlova iştirak edib.

Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub.

Qeyd edək ki, hazırda “eTwinning Plus” layihəsinə respublika üzrə 129 məktəb, 395 müəllim cəlb olunub. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir. Cari ildə 81 müəllim 115 onlayn təlimdə iştirak edib və beynəlxalq sertifikatlar qazanıb. Layihə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.


6 il əvvəl