05.10.2017

Sentyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 18 790 müraciət daxil olub

 

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 18 790 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 112 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6678 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 673 sənəd (1 058 ərizə, 532 məktub, 83 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi, dərs saatların verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2 627 müraciət) və cümə axşamı (2 591 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1 484 müraciət və çərşənbə (1 345 müraciət) günləri, əsasən, saat 09:00-dan 12:00-dək müraciət edilib.

 


Açar sözlər: ,