• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru ilə görüşüb

Oktyabrın 3-də Cenevrəyə səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Fransis Qarry ilə görüşüb. Görüşdə həmçinin Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsı Vaqif Sadıqov iştirak edib.

Görüşdə Azərbaycan-ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması və inkişafının təşviqi, ali təhsil müəssisələrinin əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda  təhsil naziri Mikayıl Cabbarov və ÜƏMT-in Baş direktoru cənab Fransis Qarry Birgə bəyanat imzalayıb.

ÜƏMT ilə əməkdaşlıq ali təhsil müəssisələrinin iqtisadi sahə ilə sıx inteqrasiyasına, o cümlədən “start-up”ların inkişafına yönəlmiş ekosistemin qurulmasına yeni imkanlar yaradacaqdır.


6 il əvvəl