• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilib

 

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasında səfərdədir. Nümayəndə heyətinə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və digər şəxslər daxildir.

Səfərin ilk günü nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının təhsil və təlim nazirinin müavini Fam Man Hunq ilə görüşüb.

Görüş zamanı Firudin Qurbanov iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlıq imkanları üçün əlverişli zəmin yaratdığını bildirib. Firudin Qurbanov görüşdə həmçinin ölkəmizdə təhsil sahəsində aparılan islahatlar haqqında geniş məlumat verib.

Fam Man Hunq vyetnamlı mütəxəssislərin hazırlanmasında Azərbaycan ali təhsil müəssisələrinin müstəsna rol oynadığını, 4000-dən çox vyetnamlının ölkəmizdə təhsil aldığını, həmin məzunların hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışdığını qeyd edib. Vyetnam tərəfi Azərbaycana sözügedən dəstəyinə görə minnətdarlığını bildirib və bu kadrların Vyetnamın inkişafında böyük rol oynadığını nəzərə çatdırıb. Fam Man Hunq ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.

Ölkəmizin nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının Vunq Tau şəhərində keçirilən Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilən 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak edib.

Forumda çıxış edən Firudin Qurbanov bildirib ki, 19 may 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti Vyetnama rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Həmin görüş zamanı Prezident tərəfindən irəli sürülən təşəbbüsə və müvafiq tapşırığa uyğun olaraq, 1-ci Azərbaycan-Vyetnam Dostluq Forumu 7 may 2015-ci il tarixində Bakıda  vyetnamlı məzunların iştirakı ilə yüksək səviyyədə təşkil olunub.

Firudin Qurbanov Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli müvafiq sərəncamları ilə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Vyetnam Sosialist Respublikası Milli Assambleyasının üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Nghiem Vu Khai və Vyetnam Sosialist Respublikası Prezident Administrasiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nguyen Vu Ha Lenin “Tərəqqi” medalları ilə təltif edildiyini bildirib və medalları təqdim edib.

Forumda Vyetnam Hökuməti adından çıxış edən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Hərbi Dəniz Qüvvələrinin Komandanı Fam Hoai Nam özünün də vaxtilə Azərbaycanda təhsil aldığını qeyd edib, Azərbaycan Hökumətinə vyetnamlı tələbələrə yaratdığı bu imkana və dəstəyə görə təşəkkürünü bildirib. Fam Hoai Nam vyetnamlı mütəxəssislərin hazırlanmasında fəal rol oynamış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Dövlət Universiteti və Azərbaycan Neft və Sənaye Universitetinə Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən təltif olunan  Vyetnamın “Dostluq” ordenini təqdim edib.

Daha sonra Vyetnam Sosialist Respublikası Milli Assambleyasının üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Nghiem Vu Khai və “Vietsovpetro” şirkətinin direktoru Do Man Hung, sabiq vitse-prezident Nguyen Ti Doan çıxış edərək Azərbaycanla olan tarixi bağların, xüsusən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin inkişafının vacibliyini vurğulayıblar.

 


6 il əvvəl