• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 3-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, Azərbaycanda gürcülərə xüsusi diqqətdən, Qax, Balakən, Zaqatala rayonlarında yerləşən gürcü məktəblərinin fəaliyyətindən bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə toxunub.
Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirərək ilk xarici səfərini məhz Azərbaycan Respublikasına etdiyini vurğulayıb. İki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətindən söz açan qonaq Gürcüstanda azərbaycanlılar üçün yaradılmış şəraitdən, Azərbaycan məktəblərindən, bu məktəblərin təmiri və inkişafı üçün Gürcüstan dövlətinin ayırdığı vəsaitdən bəhs edib. Gürcüstanın təhsil sistemi haqqında məlumat verən David Kirkitadze təhsil sahəsində qarşıda duran məsələlərin həlli, yeni qəbul edilmiş konsepsiya haqqında danışıb.
Görüş zamanı Gürcüstanda yerləşən Azərbaycan məktəblərində pedaqoji kadrların, xüsusilə Azərbaycan dili müəllimlərinin çatışmaması nəzərə çatdırılıb. Gələcəkdə Tiflisdə Azərbaycan universitetlərinin filiallarını yaratmaq təklifi irəli sürülüb, eləcə də Azərbaycanda gürcü dilinin tədrisi və digər məsələlər ətrafında müzakirələr aparılıb.


8 il əvvəl