• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 25-də Bakıdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbdə ibtidai siniflərdə kurikulumların tətbiqi ilə əlaqədar “Açıq qapı” günü keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun nümayəndələri, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər.
Qonaqları salamlayan məktəbin direktoru Vaqif Hüseynov keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat verib.
Qonaqlar məktəbin təlim-tərbiyə işləri ilə yaxından tanış olub, Ia sinfində Nazirə Hümbətovanın Ana dili, Ic  sinfində Rəna Ağazadənin Riyaziyyat, Iç  sinfində Mehriban Qarayevanın Həyat bilgisi, IIa sinfində Mehriban Qocayevanın Təsviri incəsənət, rus bölməsinin Ia sinfində Afaq Axundovanın Texnologiya və IIb sinfində Səbinə Musazadənin Musiqi dərslərində iştirak ediblər. Sonra «Dəyirmi masa» arxasında dinlənilən dərslər təhlil olunub.
Ic sinfində Rəna Ağazadənin “Həndəsi fiqurların qruplaşdırılması” mövzusunda riyaziyyat dərsini dinləyən təhsil naziri Misir Mərdanov bildirib ki, müəllimin dərsə olduqca yaradıcı yanaşması və milli kurikulumun tələb etdiyi standartlara əməl etməsi sayəsində dərs yüksək səviyyədə başa çatıb. Dərsdə əyani vəsaitlərdən və digər zəruri vasitələrdən lazımınca istifadə olunmasını və fənlərarası inteqrasiya yaradılmasını yüksək dəyərləndirən nazir qeyd edib ki, müəllim şagirdləri qruplarla çalışdırmağa, qruplar arasında düzgün qiymətləndirmə aparmağa nail olub və bununla da müasir dərsə verilən tələbləri keyfiyyətlə yerinə yetirib.
Təhsil Nazirliyindən A.Əhmədov, Azərbaycan Müəllimlər İnstitutundan R.Məmmədzadə, Təhsil Problemləri İnstitutundan Y.Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva və başqaları dinlənən ayrı-ayrı dərslər barədə öz fikirlərini söyləyib və müəllimlərin fəaliyyətindən razı qaldıqlarını bildiriblər.
Sonda məktəbdə tədris prosesinin daha səmərəli təşkil olunması baxımından belə tədbirlərin əhəmiyyətindən söz açılıb və təhsil müəssisəsində aparılan pedaqoji işin keyfiyyətindən razılıq ifadə olunub.


8 il əvvəl