• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Futbol turnirinin qalibi bəlli olub

Paytaxt məktəblilərinin “Yay məktəbi” çərçivəsində təşkil olunmuş futbol yarışı başa çatıb.

İyulun 27-də “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”ndə iştirak edən şagirdlər arasında təşkil olunan futbol üzrə yarışların final mərhələsi keçirilib.  

Final oyunlarını təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev və “Yay məktəbi”nin  iştirakçıları izləyiblər.

Yarışlara 3 həftə ərzində Bakı şəhəri üzrə “Yay məktəbi”nin əhatə etdiyi 18 ümumi təhsil müəsssisəsinin V-VI sinif şagirdlərindən ibarət futbol komandaları qatılıb.  

Seçmə yarışların nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57, 95, 194 nömrəli tam orta məktəblərin və 166 nömrəli məktəb-liseyin komandaları finala yüksəliblər. Final qarşılaşmalarında 166 nömrəli məktəb-liseyin komandası I, 57, 95 və 194 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq, II, III, IV yerləri tutublar.

Yarışlarda I yerə layiq görülən komandaya kubok, medal, sertifikat, II yeri qazanan komandaya medal və sertifikat, III yeri tutan komandaya isə sertifikat təqdim olunub.  

Qeyd edək ki, “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır. “Yay məktəbi” iyulun 3-dən 28-dək V-VI, avqustun 1-dən 31-dək isə VII-VIII sinif şagirdləri üçün nəzərdə tutulur. Bu müddətdə 1000-dən çox şagird üçün təlim, seminar, informativ sessiya, idman yarışları və əyləncəli saatların təşkil olunması planlaşdırılır. 

Xatırladaq ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.


6 il əvvəl