• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlər

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə öyrədici təlimlərə start verilib. YUNİSEF-in maliyyə və metodik dəstəyi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılan təlimlər Ucar, Sabirabad, Zaqatala, Astara, Lənkəran, Qax rayonlarında təşkil edilib.

Ötən dərs ilində məktəbəhazırlıq qruplarında işin gedişatı İnstitut tərəfindən monitorinq edilib, müəllimlərin üzləşdiyi metodik problemlər qeydə alınıb və  onun əsasında təlim proqramı təkmilləşdirilib. Əvvəlki ildə təlimçi kimi fəaliyyət göstərmiş müəllimlərdən 59 nəfəri mart - iyun aylarında dərinləşdirilmiş proqram üzrə təlim keçib.

Təlimlərə nəzarət məqsədilə İnstitutda monitorinq qrupu yaradılıb, “Qaynar xətt” fəaliyyətə başlayıb. Məktəbəhazırlıq məsələləri üzrə ekspert təlimçilərə telefon və elektron poçt vasitəsilə məsləhətçi xidməti göstərir.

Proqram çərçivəsində müəllimlər "Məktəbəhazırlığın məqsəd və vəzifələri", "İnkişaf və təlim standartları", "5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları", "Uşağın inkişafında oyunların rolu", "Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları", "Perspektiv və cari planlaşdırma" və digər mövzularda praktik məşğələlərdə iştirak edəcəklər.


6 il əvvəl