• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 20-də Xırdalan şəhər mədəniyyət evində Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olunub.

Yubiley mərasimində bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri ziyalılar, məktəbin məzunları və pedaqoji kollektivi, KİV nümayəndələri iştirak ediblər.
Öncə 120 yaşlı məktəbin fəaliyyətindən bəhs edən film nümayiş olunub. «Butafilm» studiyasının hazırladığı «Dağların ziyalı yaddaşı» filmində Minkənd məktəbinin təşəkkülü və inkişaf yolundan, tədris ocağının təhsilin inkişafında, ziyalıların yetişməsindəki rolundan söhbət açılıb.
Mərasimi giriş sözü ilə açan Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbir iştirakçılarını salamlayıb məktəbin yubileyinin keçirilməsi təşəbbüslərinə dəstək vermiş müvafiq dövlət qurumlarının rəhbərlərinə, Abşeron Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını qeyd edən R.Cəbrayılov yubiley ərəfəsində Minkənd kənd orta məktəbinin iki müəlliminin «Tərəqqi» medalı ilə təltif olunmasını, bir müəllimin isə «Əməkdar müəllim» fəxri adına layiq görünməsini nəinki yubilyar məktəbin pedaqoji kollektivinin, bütövlükdə Laçının təhsil ictimaiyyətinin, rayon ziyalılarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı Minkənd məktəbinin məzunları arasında 10 elmlər doktoru, 22 elmlər namizədi olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısının qaçqın və köçkünlərə göstərdiyi qayğıdan, onların sosial problemlərinin həlli, o cümlədən də təhsil şəraitlərinin yaxşılaşdırılması istiqamətində son illər atılmış addımlardan bəhs edib.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Minkənd kənd məktəbinin yubileyinin yüksək təntənə ilə keçirilməsini, bu münasibətlə düzənlənən mərasimdə dövlət rəsmilərinin, milli məclis üzvülərinin, ölkənin tanınmış ziyalılarının iştirakını təhsilə, məktəbə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Müvafiq təşəbbüslə çıxış etmiş Laçın və mərasimin təşkilinə kömək göstərmiş Abşeron rayonlarının icra başçılarına təşəkkür edən nazir belə bir yubileyin keçirilməsinin Azərbaycan mədəniyyətinin, təhsil tarixinin zənginliyini dünyaya göstərmək baxımından da əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Misir Mərdanov Minkənd məktəbinin təhsilimizin inkişafı tarixindəki rolunu xüsusi vurğulayaraq qeyd edib ki, vaxtilə Azərbaycan Demokratik Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi 100 nəfər azərbaycanlı gəncin 2-si məhz bu məktəbin məzunu olub.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində görülmüş böyük işlərə toxunaraq ölkəmizdə son illər ərzində 2000-dən çox yeni məktəb binasının və əlavə korpusun tikildiyini, 5 il öncə 1063 şagirdə bir kompüter düşən məktəblərdə indi 20 şagirdin 1 kompüterlə təmin olunduğunu, təhsilin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş işlərin uğurla davam etdirildiyini, təhsilin, elmin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində məqsədyönlu addımlar atıldığını nəzərə çatdırıb.
Təhsil naziri çıxışının sonunda 120 yaşlı Minkənd məktəbinin bir qrup müəlliminin Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı və Fəxri fərmanları ilə təltif olunduğunu bildirib, mükafatları sahiblərinə təqdim edib.
Daha sonra yubilyar məktəbin məzunu, BDU-nun professoru Maarif Cəfərov çıxış edib, təhsil ocağının inkişaf yolu barədə söz açıb.
Tədbirdə bir sıra rayonların icra hakimiyyətləri tərəfindən yubilyar məktəbə kompüter dəstləri hədiyyə edildiyi bildirilib, tədris ocağının bir qrup müəlliminə Laçın rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.
Yubiley tədbiri incəsənət ustalarının ifasında bədii proqramla davam etdirilib.


8 il əvvəl