• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bəbirləri mühafizə edək!” adlı növbəti yay düşərgəsi keçirilib

IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bəbirləri mühafizə edək!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

“Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində Masallı rayonunun Qəriblər kəndində təşkil edilən düşərgədə Astara, Lənkəran və Masallı rayonlarının orta məktəblərinin şagirdləri iştirak edib.

“Bəbirləri mühafizə edək!” yay düşərgəsinin məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gəncləri bu nadir növ haqqında maarifləndirmək, onun mühafizəsini təbliğ etmək, məktəblilərdə ətraf mühitə, nadir heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibəti formalaşdırmaqdır.

Yay düşərgəsində məktəblilər bəbirlərin həyat tərzi, yaşadığı ərazilər və təbiətdəki rolu barədə geniş məlumat alaraq  bu nadir növün qorunmasına aid seminarda, ekoloji müsabiqələrdə və tədqiqatlarda iştirak ediblər. Məktəblilər rejissor Adrian Stern tərəfindən Talış dağlarında yaşayan bəbirlər haqqında çəkilmiş “Dünyanın ən çox axtarılan bəbiri” adlı sənədli filmə tamaşa ediblər.

Düşərgə iştirakçıları bəbirlərin məskunlaşdığı və xüsusi mühafizə olunduğu Hirkan Milli Parkına səyahət zamanı relikt bitki örtüyü ilə tanış olublar. Məktəblilər xüsusi proqram üzrə ekosistem xidmətləri, insanla təbiət arasında qarşılıqlı münasibətlər, bəbirlərin tükənməsi səbəbləri barədə məlumatlandırılıblar.

Düşərgənin yekununda iştirakçılara IDEA İctimai Birliyinin,  Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin sertifikatları və hədiyyələr təqdim olunub.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib.


6 il əvvəl