• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil dialoqu çərçivəsində görüş

İyulun 4-də Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təhsil dialoqu çərçivəsində işçi qrupun ilk iclası öz işinə başlayıb.

İki gün davam edəcək iclası təhsil naziri Mikayıl Cabbarov açaraq qonaqları salamlayıb, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində təhsil əlaqələrinin inkişafını yüksək qiymətləndirib və əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Sonra Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov və Türkiyə milli təhsil nazirinin müavini Orhan Erdemin iştirakı ilə hər iki ölkənin təhsil qurumlarının aidiyyəti sahələri üzrə təmsilçilərinin işçi görüşü olub. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində münasibətlərin cari vəziyyəti, hüquqi baza və  gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 


6 il əvvəl