• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

«Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası» mövzusunda təlim kursları keçirilir

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlim kursları təşkil edib.

Təhsi İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən 6 günlük təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn bu siyasətin reallaşdırılması məqsədilə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün keçirilən təlim nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılması istiqamətində  aparılır.

Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.


6 il əvvəl