• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Prometan ağıllı lövhədən istifadə" təlim kursu keçiriləcək

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzi ilə birlikdə informasiya-kommunikasiya texnologiyalarını təhsildə səmərəli tətbiq etmək istəyən müəllimlər, tələbələr və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün "Prometan ağıllı lövhədən istifadə" təlim kursu keçirəcək.

Təlimdə nəzəri biliklər verilməklə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində iş aparılacaq.

Təlim kursunu uğurla başa vuran müdavimlərə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsildə İnnovativ Texnologiyalar  Mərkəzi adından ixtisasartırma sertifikatı veriləcək.

Təlimlər iyulun 1-dən başlayacaq.


6 il əvvəl