• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərarası I Robot Olimpiadasının qalibləri mükafatlandırılıb

İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra  İstək liseyinin direktoru vəzifələrini icra edən Elxan Əliyev olimpiadanın keçirilməsi və təşkili haqqında məlumat verib.

Daha sonra təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilər arasında keçirilən bu olimpiadanın əhəmiyyətindən danışıb və qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda istedadlı şagirdlərin inkişafı və stimullaşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən davamlı tədbirlərin görüldüyünü nəzərə çatdıran Ceyhun Bayramov Məktəblilərarası I Robot Olimpiadasının daha geniş çərçivədə təşkilinin mümkünlüyünü bildirib.

Tədbirdə Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi və olimpiada qalibləri haqqında hesabat videoçarxı nümayiş olunub. Qeyd olunub ki, Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır.

3 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərinin təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə  çıxış edib.

Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Məktəblilərarası I Robot Olimpiadası Təhsil Nazirliyi və İstək liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA), Bakı Mühəndislik Universiteti, “Edumedia-Azərbaycan”, “Edutainment” şirkəti, “Microsoft Azərbaycan” şirkəti və STEP Kompüter Akademiyasının  tərəfdaşlığı ilə həyata keçirilib.


6 il əvvəl