23.06.2017

Məktəblilər arasında çempionat

 “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının yekun mərhələsi keçirilib.

Azərbaycan Şən və Hazırcavablar Klubu ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.

Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.

Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından, əməkdar incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bakı şəhərindəki 7, 160, 227, 18, 16 nömrəli tam orta məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, 132-134 nömrəli təhsil kompleksinin,  Bakı Modern Məktəbin və Mahaçqala şəhərinin komandaları finala vəsiqə qazanıblar.                                                                     

Finalda Dağıstan Respublikasını təmsil edən komanda qalib gəlib.


Açar sözlər: