• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. Bilik Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərov müsabiqənin gedişi və yekunları haqqında məlumat veriliblər. Qeyd olunub ki, Bilik Fondu ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyası arasında bağlanmış əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq, keçirilən müsabiqəyə 2017-cı il martın 1-dən start verilib.

Çıxış edənlər qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar. Tədbirdə söz alan qaliblər belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edib və təşkilat komitəsinə minnətdarlıqlarını bildiriblər. Xüsusilə rayonlardan olan müəllimlərin belə müsabiqələrə qatılmasını və yüksək qiymətləndirilməsini iştirakçılar zəruri stimullaşdırıcı amil kimi dəyərləndiriblər.

Müsabiqəyə müəllimlərin şəxsi iş təcrübəsinə əsaslanmaqla təhsilin və müasir dərsin aktual problemləri barədə metodik yazılar qəbul olunub. Məqsəd yaradıcı müəllimləri aşkara çıxarmaq, onları axtarışlara həvəsləndirməkdir. Müsabiqədə müəllimlərlə yanaşı, digər təhsil işçiləri iştirak edib. Yazıların qəbulu üçün ayrılmş bir ay ərzində təşkilat komitəsinə 82 iş daxil olub. Dəyərləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə yazılara fənlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodist alimlər tərəfindən baxılaraq müvafiq qiymətləndirmə aparılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə 1 yazı I yerə, 3 yazı II yerə, 5 yazı III yerə layiq görülüb, qalan 19 yazının müəlliflərinə isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb.

Müsabiqəyə ölkənin 21 şəhər və rayonundan yazı göndərilib. Bakı, Sumqayt, İsmayıllı,  Şamaxı, Ağsu, Salyan, Astara, Sabirabad, Qubadlıdan olan müəllim və təhsil işçiləri “Ən yaxşı yazı” müsabiqəsində xüsusilə fəal iştirak ediblər.


6 il əvvəl