• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Birinci sinfə qəbul üzrə müsabiqə

Bakı şəhərində I sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan başlayıb və iyunun 30-da yekunlaşacaq.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə Nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilir. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılır. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə  (və yaxud elektron poçta) mesaj göndərilib. Eyni zamanda bu məlumat hər bir valideynin şəxsi kabinetində bildiriş şəklində yerləşdirilib. Valideynlər həmin bildirişi çap edərək, müsabiqə günü uşaqla (uşağın şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmaqla) birlikdə müsabiqə keçirilən məktəbə yaxınlaşmalıdırlar.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqəsinin isə iyunun 20-dən başlayıb iyulun 10-da yekunlaşacağı nəzərdə tutulur.

Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silib, müsabiqəyə yazılmalıdırlar. Həmin uşaqların ümumi təhsil müəssisələrinə qəbulu üçün müsabiqədə iştirak imkanı iyulun 1-dən 10-na kimi nəzərdə tutulub.

 BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçiriləcək.

Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar.


6 il əvvəl