• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluq çələngi” hesabat konserti

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Milli rəqs” dərnəyinin “Dostluq çələngi” adlı hesabat konserti keçirilib.

Konsertdə dövlət və qeyri-hökumət təşkilatlarından, müxtəlif səfirliklərdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Konsertin birinci hissəsində milli rəqslər,  ikinci hissədə nağıl qəhrəmanlarına həsr olunmuş süjetli rəqslər nümayiş olunub. Üçuncü hissə isə dostluq motivində qurulub. Belə ki, uşaqlar dünya xalqlarına, həmçinin islam ölkələrinə məxsus rəqsləri ifa ediblər.

Sonra qonaqlar tədbir haqqında təəssüratlarını bölüşüblər. Qırğızıstan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi mərkəzə xüsusi “Təşəkkürnamə” təqdim edib. Həmçinin Milli Olimpiya Komitəsinin nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Zəfər günləri” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə kollektivin üzvlərinə “Təşəkkürnamə” verib.

Tədbirdə çıxış edən iştirakçılar Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən diplomlarla təltif olunub.


6 il əvvəl