• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Erkən yaş təhsili proqramı” adlı təlim kursu

Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Erkən yaş təhsili proqramı” adlı təlim kursu keçirilir.

Təlim kursunun əsas məqsədi erkən yaş dövrü təhsilinə cəlb olunan müəllimlərə qabaqcıl təhsil sistemi, erkən yaş dövründə uşaqların təhsili və onların intellektual, fiziki və emosional inkişafının təmin edilməsi yolları barədə məlumat vermək, beynəlxalq səviyyəli düşüncə tərzi və güclü şəxsi dəyərlər də daxil olmaqla müxtəlif xüsusiyyətlərin öyrədilməsi mexanizmləri ilə tanış etməkdir.

Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Keren Komala Subramaniam tərəfindən keçirilir. Kurs çərçivəsində kiçik yaşlı uşaqlar ilə ünsiyyət bacarıqlarının inkişafı, onlar üçün dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur.

Təlim kursunda iştirak etmək məqsədilə ibtidai sinif müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan və məktəbəhazırlıq kurslarına cəlb olunan müəllimlər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçilib.

Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.


6 il əvvəl