• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri üçün karyera sərgisi

İyunun 9-da SABAH qruplarıAzərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı, 31 şirkətin iştirakı ilə karyera inkişafı sərgisi keçirilib.

Sərginin keçirilməsinin məqsədi cari tədris ilində işəgötürənlərin diqqətinin SABAH qruplarının məzunlarına yönəldilməsi, məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüş və tanışlığına imkan yaradılmasıdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək sərginin SABAH qruplarının tələbə və məzunlarının gələcək karyeraları üçün geniş imkanlar yaratmasından və peşəkar kadr hazırlığının təmin edilməsindəki rolundan danışıb. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində yaradılmış SABAH qruplarının ilk məzunlarının karyera istiqamətlərinə dəstək göstərilməsi məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb və onların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanda Amerika Ticarət Palatasının  icraçı direktoru Natəvan Məmmədova Təhsil Nazirliyinə AmCham ilə yüksək səviyyəli əməkdaşlığına görə təşəkkür edib. Natəvan Məmmədova işəğötürənlərlə daimi partnyorluğun önəmini vurğulayaraq sərgidə iştirak edən şirkətlərə təşəkkür, tələbələrə isə uğurlar arzu edib. İcraçı direktor sərginin nəticəsi olaraq gənclərin ölkənin aparıcı şirkətlərində işlə təmin olunacağına ümid etdiyini bildirib.

Sərgidə 38 ixtisas üzrə təhsil alan tələbələr iştirak etməklə təcrübə proqramları və işə qəbul vakansiyaları ilə tanış olmaq,  öz CV-lərini birbaşa olaraq şirkətlərə təqdim etmək imkanı qazanıblar. Sərgi SABAH Karyera Akademiyası çərçivəsində tələbə və məzunların işə düzəlmə istiqamətində fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində yaradılmış, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

Azərbaycanda Amerika Ticarət Palatası ölkənin aparıcı və ən nüfuzlu xarici biznes assosiasiyasıdır. 250-dən artıq üzv şirkəti təmsil edən AmCham Azərbaycan üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir. AmCham-ın üzvü olan şirkət Azərbaycan və ABŞ hökumətində biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə, eləcə də Amerika Ticarət Palatasının Avropa Şurası və Amerika Ticarət Palatası vasitəsilə Avropa üzrə dəyərli məlumatları əldə etmək imkanına malik olur.


6 il əvvəl