Pilot qiymətləndirmənin nəticələrinə dair təqdimat
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində “Tvininq” layihəsi çərçivəsində təqdimat keçirilib. Təqdimatda ali təhsil müəssisələrinin inkişafına dəstək göstərəcək yeni akkreditasiya standartlarının sınaqdan keçirilməsi ilə bağlı pilot qiymətləndirmənin nəticələri açıqlanıb.
Qiymətləndirmə Finlandiya və Estoniyadan olan ali təhsil ekspertləri, eləcə də yerli mütəxəssislərin iştirakı ilə aprel ayında həyata keçirilib. Pilot qiymətləndirmənin həyata keçirilməsi üçün bir ilə yaxın hazırlıq işləri həyata keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə birgə Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tələbləri əsasında yeni qiymətləndirmə standartları hazırlanıb. Ali təhsil müəssisələlərinin əməkdaşlarının özünütəhlil hesabatını hazırlamaları üçün xarici ekspertlər tərəfindən üç mərhələdən ibarət təlimlər keçirilib.
Qeyd edək ki, təqdim edilən hesabatlar pilot ali təhsil müəssisələrinin rəhbərliyi ilə müzakirə edilib, fikir və mülahizələr dinlənilib. Yeni akkreditasiya standartlarının Azərbaycan ali təhsil müəssisələrinin strateji inkişafına və keyfiyyət təminatı sisteminin yaradılmasına xidmət edəcəyi vurğulanıb. Həmçinin may ayında Azərbaycan Texniki Universitetində yeni akkreditasiya standartları əsasında keçirilən qiymətləndirmə prosesinin təşkilinin təhlil edilməsi və onun təkmilləşdirilməsi məqsədi ilə, eləcə də bu standartların ali təhsil müəssisələrində tətbiqi təcrübəsinə dair xarici və yerli ekspertlərlə birgə seminar da təşkil olunub.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55