07.06.2017

Təhsil naziri Finlandiyanın Azərbaycan Respublikasındakı səfirini qəbul edib

İyunun 7-də təhsil naziri Mikayıl Cabbarov Finlandiyanın Azərbaycan Respublikasındakı səfiri Arya Makkoneni qəbul edib.

Görüşdə Azərbaycan və Finlandiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.


Açar sözlər: