• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Muzey ayı” proqramı həyata keçirilib

 “Muzeylər və İslam həmrəyliyi” adı altında “Muzey ayı” proqramı həyata keçirib. Proqram Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir.

Muzey ayı proqramında Bakı şəhərindəki ümumtəhsil məktəblərinin  şagirdləri paytaxtda fəaliyyət göstərən 16 aparıcı və 11 xatirə, ev, memorial ev muzeylərinə ekskursiyada olublar. Bu ekskursiyada 4269 məktəbli muzeylərin kolleksiya fondu ilə tanış olub.

“Muzey ayı” proqramına Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi, Azərbaycan Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, H.Zərdabi adına Təbiət Tarixi Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, eləcə də daha 15 muzey və ev-muzeyi qoşulub.


6 il əvvəl