• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə göndərib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Suriya uşaqları üçün ümidlər" adlı sosial kampaniya keçirilib. “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Təhsil Nazirliyi ilə birgə keçirdiyi kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirən uşaqlara həsr olunub.

Kampaniyanın məqsədi bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çərçivəsində uşaqlar üçün lazımi əşyalar (geyim, oyuncaq və.s), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara müvafiq şəkildə çatdırılacaq.

Sosial kampaniyanın tərəfdaşı qismində Təhsil Nazirliyi və tabeliyində olan qurumlar iştirak edib. Kampaniyaya "Bir” Tələbə-Könüllü Proqramı, fərdi şəxslər və məktəblilər dəstək verib.


6 il əvvəl