“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” üzrə təlim
“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinə təlimçilər üçün təlim keçirilir.
Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yadım”, “Fəlakət riskinin azaldılması – iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”,“Yaşam şərtləri - peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib.
Bakı şəhəri üzrə məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təşkil edilmiş təlimlər başa çatdıqdan sonra müəllimlərin Bərdə, Mingəçevir, Masallı, Quba, Qazax, İsmayıllı, Şirvan, Qax şəhərlərinə ezamiyyələri baş tutacaq. Bu zaman hazırlanmış proqram üzrə 1500-dək VI və IX sinif şagirdinin maarifləndirilməsi həyata keçiriləcək.
Avropa Komissiyasının DİPECHO fondu tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, UNİCEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçivəsində keçirilən təlimlər mayın 21-dək davam edəcək.
6 il əvvəl
Digər xəbərlər
-
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22