• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı

Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş hesabat konserti keçirilib.

Xüsusi internat məktəblərində fəaliyyət göstərən eksperimental studiyalarının dərnək üzvlərinin iştirakı ilə keçirilən konsertin təşkil edilməsində məqsəd valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin incəsənət və mədəniyyət bacarıqlarının formalaşmasına, xalqımızın milli ənənələri ruhunda böyüməsinə kömək etmək, onlara özünəinam hissini aşılamaqdır.

Hesabat konsertində mərkəzin eksperimental studiyalarında fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəblərində fəaliyyət göstərən “Dram”, “Nitq mədəniyyəti”, “Bədii qiraət”, “Musiqi” dərnəyi üzvlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyaları, səhnəciklər, musiqi və rəqs nömrələri təqdim olunub.

İnternat məktəbinin foyesində “Təsviri-sənət” və “Dekorativ-tətbiqi sənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.

Sonda fəal iştiraklarına görə şagirdlərə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən diplomlar təqdim edilib.


6 il əvvəl