• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Təhsil Nazirliyinin və Community.az portalının dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə start verilib.

Layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Keçid dövründə yeniyetmə  psixologiyası”  adlı aktual mövzu üzrə təlimlərin keçirilməsi planlaşdırılır.

Cari ildə keçirilən təlimlərdə 1000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Ötən il isə layihə üzrə 46 seminar  təşkil olunub.

Layihə və təlimlərin əsas məqsədi valideynlərin yeniyetmələrlə düzgün ünsiyyətinin qurulması, qarşılıqlı münasibətlərin tənzimlənməsi və keçid dövrünün problemlərinin aşkar edilərək həll yolunun müəyyən olunmasıdır.

Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 23 təlim keçiriləcək.

Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyətin qurulmasından, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaqla tədrisin səmərəliyinin artırılmasından ibarətdir. Layihə çərçivəsində təlim və görüşlər zamanı aktual mövzular seçilib müzakirə olunur, peşəkarlar tərəfindən faydalı və vacib məsləhətlər verilir.

AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.


6 il əvvəl