“Yaşıl şəbəkə”- Bakı məktəblilərinin II Ekoloji Forumu
Mayın 6-da “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumu keçirilib.
II Ekoloji Forumun keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Yaşıl Şəbəkə” devizi altında ekoloji hərəkatın genişləndirilməsindən ibarətdir.
Forumda 400-ə qədər gənc ekoloqun iştirakı ilə “Yaşıl məktəb”, “Yaşıl turizm”, “Yaşıl elm və texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər və cəmiyyət”, “Yaşıl kənd təsərrüfatı”, “Yaşıl iqtisadiyyat” adlı 7 bölmə üzrə müzakirələr və yeni fəaliyyət planlarının müzakirəsi təşkil edilib.
30 orta məktəbdə fəaliyyət göstərən “Ekoklub” liderlərinin “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə hesabatlarında yaşıl infrastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib.
Forumun yekununda iştirakçılarla Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Səmti Müəyyənetmə Federasiyası tərəfindən ilk dəfə olaraq “QR code” yeni səmti müəyyənetmə oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd uşaqların aktiv həyat tərzinə, idman oyunlarında daha yaxından iştiraka cəlb olunmasıdır.
6 il əvvəl
Digər xəbərlər
-
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00