• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Muzeylər və İslam Həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı

Məktəblilər üçün  “Muzeylər və İslam həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı həyata keçirilir.

Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Proqram bu il Bakı şəhərində fəaliyyət göstərən 16 aparıcı muzeylə yanaşı ilk dəfə olaraq 11 xatirə ev-muzeyini  əhatə edəcək.

Üçüncü ildir ki, keçirilən proqramın müddəti məktəblilərin fəallığını, müəllim və valideynlərin marağını nəzərə alaraq, “Muzey həftəsi”ndən “Muzey ayı”na qədər  genişləndirilib.

Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir.

Yeni proqram üçün Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və “İslam həmrəyliyi”nə uyğun olaraq mövzular seçilib.

Proqram mayın 28-dək davam edəcək.


6 il əvvəl