• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri “Qala” konsertində iştirak edib

Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupunun üzvləri Türkiyənin Nevşehir stadionunda “Qala” konsertində iştirak edib.

Səfər çərçivəsində Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu və “Çiçəyim” uşaq teatr studiyasının üzvləri Fəthiyyə, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Könül” rəqs qrupunun üzvləri Bartın, Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin “Sevinc” rəqs qrupunun üzvləri Yalova şəhərində festivala qatılıblar.

Bir həftəlik səfərdə olan rəqs qrupları  müxtəlif  diplom və hədiyyələr ilə mükafatlandırılıblar.


6 il əvvəl