• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan məktəbliləri iki medal qazanıb

Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib. Yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan  elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib.

Beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza atıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medal qazanıb.

Ötən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda 2 bürünc medala layiq görülüb. Ümumiyyətlə isə bu olimpiadada Azərbaycan məktəbliləri 4 qızıl, 7 gümüş və 30 bürünc medal olmaqla 41 medal qazanıb.

Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetində qəbul imtahanı vermədən ödənişsiz oxuma haqqına sahib olurlar.


6 il əvvəl