• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı

Aprelin 28-də xalq artisti, bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Konsert proqramının keçirilməsində məqsəd Azərbaycan xalqının görkəmli bəstəkarı Tofiq Quliyevin musiqi xəzinəmizin inciləri hesab edilən mahnıları, operettaları, estrada pyesləri ilə gəncləri tanış etmək, yaradıcı, istedadlı tələbə və şagirdləri üzə çıxarmaqdır.

Konsertdən əvvəl iştirakçılar akademiyanın foyesində görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Mərkəzin Təsviri Sənət Qalereyasının dərnək üzvlərinin 40 rəsm əsəri nümayiş etdirilib. 

Konsert proqramında bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Bakı Musiqi Akademiyasının tələbələrinin, İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət musiqi və rəqs nömrələri təqdim edilib.

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən təşkil olunan konsertdə Təhsil Nazirliyinin əməkdaşları, incəsənət xadimləri, xalq artistləri və digər qonaqlar  iştirak edib.

Fəal çıxış edən tələbə və şagirdlər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif olunublar.


6 il əvvəl