• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı tələbələr qızıl medal qazandı

Kiyev şəhərində “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatının final mərhələsi keçirilib.

Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyalarda innovativ layihələrini təqdim edərək 20 000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb.

Müsabiqədə ilk dəfə iştirak edən azərbaycanlı tələbələr 6 nominasiya üzrə öz layihələrini təqdim ediblər. Tələbələrimiz yarışdan iki qızıl və iki bürünc medalla qayıdıblar. Qalib tələbələrdən biri 6 aydır ki, fəaliyyətdə olan İT Step Akademiyasının tələbəsidir.

“WEB Design” nominasiyası üzrə 1-ci yerin qalibləri Elvin Cuvarov, Orxan Qədirov (“E-Tap” komandası),  “Character Design” nominasiyası üzrə 1-ci yerin qalibi Vaqif Rüstəmov, “Startup Challenge” nominasiyası üzrə 3-cü yerin qalibləri Əsəd Yusubov, Nicat Cavadov (“JavaSet” komandası), “Internet of Things” nominasiyası üzrə 3-cü yerin qalibləri Tural Səlimli, Məmməd Kərimli və Fəhmin Zakirli (“Savefy” komandası) olub.

Müsabiqə Azərbaycanın və Ukraynanın Təhsil nazirliklərinin, Kiyev Şəhər Administrasiyasının dəstəyi ilə keçirilib. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndiriblər.

9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub. Bu il isə çempionata 10 000-dən artıq iştirakçı  layihə təqdim edib.

Qeyd edək ki, IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompyuter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Ötən il Bakıda fəaliyyətə başlayan akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərir.


6 il əvvəl