• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarının tələbələri seminarda

"SABAH Karyera Akademiyası” çərçivəsində rəsmi tərəfdaş olan "ADA" Universiteti SABAH  qruplarının tələbələri üçün seminarlar keçirib.

“Magistratura pilləsində təhsilə hazırlıq və planlaşdırma”, “Bazar araşdırması”, “İşəgötürənlərin tələbi: ixtisaslar və sahələr”, “Təhsildən karyeraya keçid” mövzuları üzrə "ADA" Universitetinin Karyera Mərkəzi tərəfindən keçirilmiş 4 günlük seminarda gələcək SABAH məzunlarına karyera inkişafı istiqamətində faydalı məlumatlar verilib,  müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda isə 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil, inkişaf imkanları təklif edən SABAH  qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.

“SABAH Karyera Akademiyası”  proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram “İşə düzəlmə”, “Magistratura təhsili”, “Sahibkarlıq” və “Elmi araşdırmalar” olmaqla 4 istiqaməti əhatə edir.


6 il əvvəl