25.04.2017

Azərbaycanlı məktəblilər 23 aprel – Beynəlxalq Uşaq Festivalında

24 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Səma” rəqs qrupunun üzvləri Türkiyə Respublikasında  keçirilən 23 aprel-Beynəlxalq Uşaq Festivalında iştirak edib.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

26 ölkənin qatıldığı festivalda “Səma” rəqs qrupunun üzvləri milli rəqslərimizi nümayiş etdiriblər.

Beynəlxalq səviyyədə keçirilən şənlik uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələrini inkişaf etdirmək  məqsədi daşıyır.

 


Açar sözlər: