• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir

Masallı Olimpiya İdman Kompleksində sərbəst güləş, Balakən Olimpiya İdman Kompleksində Yunan-Roma, Şirvan Olimpiya İdman Kompleksində atletika, Xaçmaz Olimpiya İdman Kompleksində karate, Sumqayıt Olimpiya İdman Kompleksində boks, Hövsan Olimpiya İdman Kompleksində taekvando, Şəmkir Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib.

900 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Cəlilabad, II yerə Masallı, III yerə Lənkəran, Yunan-Roma güləşi idman növü üzrə I yerə Balakən, II yerə Göyçay, III yerə Ağdaş, atletika idman növü üzrə I yerə Beyləqan, II yerə Füzuli, III yerə Hacıqabul, karate idman növü üzrə I yerə Sumqayıt, II yerə Xaçmaz, III yerə Xızı, boks idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Abşeron, taekvando idman növü üzrə I yerə Nəsimi, II yerə Binəqədi, III yerə Nərimanov, stolüstü tennis idman növü üzrə I yerə Gəncə, II yerə Şəmkir, III yerə Samux rayon və şəhərlərin komandaları layiq görülüb.

Qaliblər diplom və medallarla təltif edilib.

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir.

Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.

Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.

Yarışlar aprelin 26-da başa çatacaqdır.


7 il əvvəl