• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv  təhsil tətbiq olunan 2-ci sinfində “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində “Açıq dərs” keçirilib. TOPs təlimlərindən keçmiş ibtidai sinif müəllimləri Gülər Abdullayeva və Səbinə Əliyeva şagirdlərə innovativ tədris vəsaiti olan TOP oyun tədris kartlarından istifadə edərək ilkin hərəki bacarıq və vərdişlər öyrədiblər.

“Açıq dərs”i Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin, “İnkişaf Naminə İdman” İctimai Birliyinin məsul şəxsləri, müəllim və valideynlər izləyiblər.

Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.

Hazırda layihə Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil məktəbində tətbiq edilir. 2014-cü ildən start verilən layihədən 100 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanıb, 200-ə yaxın ibtidai sinif və 500-dən artıq fiziki tərbiyə müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.

 


7 il əvvəl