• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Moskvada səfərdə olub

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub.

Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Pavel Zenkoviçlə görüşüb, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub. Salonu ziyarət zamanı nazir müavini Firudin Qurbanov YUNESKO-nun Baş direktorunun təhsil üzrə müavini Qian Tanqla işçi görüş keçirib. 

Sərgi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkil etdiyi stendə də baxış keçirilib.

Nümayəndə heyəti həmçinin, Azərbaycan diasporasının Rusiyadakı nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşlığının əsas məqsədləri və bundan yaranan yeni imkanlar barəsində məlumat verilib. 


6 il əvvəl