• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş Respublika təsviri sənət müsabiqəsinə start verilib

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən Respublika təsviri sənət müsabiqəsinə start verilib.

Müsabiqə 6–17 yaş arası məktəblilər olmaqla, 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib.

Musabiqə 2 mərhələdə təşkil olunacaq. I mərhələ 24–27 aprel 2017-ci il tarixlərində zonalar üzrə təhsil şöbə və idarələrində keçiriləcək. Hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq.

Müsabiqənin I mərhələsinin qalibləri yerli təhsili idarəetmə qurumlarında yaradılmış münsiflər heyəti və mərkəzin əməkdaşlarının iştirakı ilə müəyyən edilərək II  mərhələyə vəsiqə qazanacaqlar. Zonalar üzrə sərgilər təşkil ediləcək və hər yaş kateqoriyası üzrə qaliblər diplomlarla mükafatlandırılacaqlar.

II mərhələyə təqdim olunan rəsm əsərləri 8-10 may 2017-ci il tarixlərində Təsviri Sənət Qalereyasında qiymətləndiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.


7 il əvvəl