• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Peşəkar ol” layihəsinə başlanılıb

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlar üçün "Peşəkar ol" proqramına start verib.

Layihənin məqsədi pedaqoji ali təhsil alan tələbələrdə  qeyri-standart təfəkkürü inkişaf etdirmək,  yeniliyə açıq təhsil işçiləri formalaşdırmaq, onlarda  peşəyə loyallıq tərbiyə etmək, eləcə də xüsusi  fərqlənənləri institutla  əməkdaşlığa cəlb etməkdir. 

“Peşəkar ol” proqramı “Oyrətmək iddiası olanın öyrənmək əzmi gərək” devizi altında təşkil olunub. Proqram üzrə seçilən tələbələr "Müasir təhsilin xüsusiyyətləri", "Təhsilin məzmunu, kurikulum, tədris metodikası", "Şagird-müəllim münasibətləri",  "İKT-nin təhsilə tətbiqi",  "Auditoriya ilə iş" və digər mövzulu seminarlarda iştirak edəcəklər.

"Media savadlılığının əsasları" adlı modula isə proqramda xüsusi yer ayrılır.  Bu modul üzrə müxtəlif məzmunlu və formalı informasiyanı axtarmaq, təhlil etmək, qiymətləndirmək, habelə mediamətn hazırlamaq bacarıqları öyrədiləcəkdir.

Seminarlar TİPİİ-nin əməkdaşları və dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilir. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara  sertifikat veriləcəkdir.


7 il əvvəl