• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə

Aprelin 12-də Bakı şəhər məktəbliləri arasında II “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı FonduAzərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Dünyada “Kosmos Günü” kimi tanınan bu tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. 

Müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən “Ekoklub”ların üzvləri və ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yad planetlilər”in maskaları, kosmosa aid fantastik bədii və ya cizgi filmlərinin qəhrəmanlarına həsr olunmuş rəsmlər, plastilindən hazırlanmış kosmik “bədheybətlər”in fiqurları nümayiş etdirilib.

4 nominasiya üzrə yaradıcılıq işlərinə baxış keçirilib və qaliblər müəyyənləşdirilib. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar diplom və sertifikatlara layiq görülüblər. Bütün iştirakçılara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

Müsabiqədə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Cücələrim" ansamblı çıxış edib.


6 il əvvəl