• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məzunlarla “Sahibkarlıq və startap fəaliyyəti” mövzusunda görüş

Aprelin 11-də 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə “Sahibkarlıq və startap fəaliyyəti” mövzusunda növbəti işgüzar panel keçirilib.

Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk işgüzar panel ötən ilin dekabr ayında “ADA” Universitetində keçirilib.

Bu dəfəki görüşün məqsədi Dövlət Proqramı çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, startap və sahibkarlıq sahəsinin inkişafına dəstək göstərilməsi, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin artırılması, eləcə də fikir mübadiləsinin aparılmasına şərait yaratmaqdır.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ali təhsil müəssisələrinin rəhbərləri, startap və sahibkarlıq sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarının nümayəndələri, xaricdə təhsil almış məzunlar iştirak edib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ötən illər ərzində Dövlət Proqramı üzrə təhsillərini başa vurub ölkəyə qayıdan məzunlar hazırda müxtəlif sahələrdə, dövlət və özəl qurumlarda çalışırlar. Həmçinin xaricdə təhsil alan yüzlərlə məzun aparıcı ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Dövlət Proqramının məzunu və GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə məzunlarla görüşlərin keçirilməsini yüksək qiymətləndirib, gənc sahibkarlar üçün yaradılan şəraitdən danışıblar.      

Məzunlar gənc sahibkarlıq və startap fəaliyyətininin inkişafı, gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşulub, rəy və təkliflərini söyləyiblər. 

Sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri və sahibkarlar arasında işgüzar  görüşlər təşkil olunub. 


7 il əvvəl