• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH qrupları və “Carlsberg Azerbaijan” şirkəti  “Young Global Pioneers” (YGP)  beynəlxalq təhsil proqramında iştirak üçün namizəd seçiminə başlayır.

“YGP Talent Network” iyulun 23-dən avqustun 12-dək Tanzaniya və Zanzibarda təşkil ediləcək təlim turundan başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünya problemlərinin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaq, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat toplayacaqlar. Həmçinin, SOS Uşaq kəndindən gənclərlə görüşəcək, safari-tura yola düşəcəklər.

Bu il müsabiqə “Carlsberg Fondu”nun bölməsi olan “Carlsberg Bequest”in dəstəyi ilə eyni anda Şərqi Avropa regionunun bir neçə ölkəsində -Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda təşkil olunacaq. Beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH Qrupları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçiriləcək.

Səyahət başa çatdıqdan sonra “Global Reflection” vebinarları kimi “Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Həmin şəbəkənin əsasında daha sonra təlim və mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq.

“YGP Talent Network” – 19-25 yaşarası gələcək liderlər üçün beynəlxalq təhsil proqramının missiyası dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir.

Qalib 19-25 yaşlı (2017-ci il üçün), ingilis dilini yazılı və şifahi surətdə əla biliyi, dünyanı yaxşılığa doğru dəyişdirmək arzusu, məqsədyönlülük və öyrənmək həvəsi, “YGP Talent Network” Qlobal istedadlar şəbəkəsi çərçivəsində kommunikasiya və təlimin davam etdirilməsində marağı olan gənclərdən seçiləcək.

Müsabiqədə iştirak etmək üçün sənədləri aprelin 20-dək baku_news@baltika-baku.az ünvanına göndərmək lazımdır.

Dörd ölkədən olan dörd finalçı aprelin 28-də müəyyən olunacaq. “Young Global Pioneers” isə onların arasından Tanzaniya və Zanzibara gedəcək qalibi seçəcək.

Layihə haqqında http://youglo.org elektron ünvanında ətraflı məlumat almaq mümkündür.


7 il əvvəl