• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təbəssüm” rəqs qrupu IV Beynəlxalq Xoreoqrafiya Festivalında

Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Vaxtanq Çabukiani adına IV Beynəlxalq Xoreoqrafiya Festivalında iştirak edib.

Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən gəlmiş 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar yarışıblar.

“Təbəssüm” qrupunun ifa etdiyi “Bayram” və “Basqalı” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və qrup  münsiflər heyəti tərəfindən festivalın laureatı adına layiq görülüb.


6 il əvvəl